Rövşən Muradovun iclasda təqdim etdiyi bu qanun layihəsi qəbul olundu
İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Millət vəkili məsələyə ikinci oxunuşda baxıldıqdan sonra, deputatlar tərəfindən hər hansı təklif daxil olmadığından layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanuna təklif olunan dəyişikliklərdə ölkə ərazisində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.