Rövşən Rüstəmov məhkəməyə verildi
Azərbaycan Dəmir Yollarından çıxarılan bəzi işçilər QSC ilə bağlı məhkəməyə müraciət edib.
XALQ xəbər verir ki, adları açıqlanmayan işçilər Azərbaycan Dəmir Yolları ilə bağlı məhkəmədə iddia qaldırıblar. İşin mahiyyəti əmək mübahisəsidir. İşçilər işə bərpa edilmələrini, əmək haqqlarını tələb edirlər.
ADY-ə qarşı bu kimi 5-dən çox iddia var. Bu işlərdən 2-sinə Bakı Apellyasiya Məhkəməsində 13 yanvar tarixində baxılacaq. İşlərdən birinə hakim Məmməd Məmmədov, digərinə isə Akif İsgəndərov sədrlik edəcək.
Nəsimi rayon Məhkəməsində baş tutacaq prosesə isə 22 yanvar tarixində baxılacaq. Bu prosesə isə hakim Gülşən Fərəcova sədrlik edəcək.
Adları açıqlanmayan işçilərin hansı səbəbdən işdən çıxarıldığı məlum deyil. Görünən odur ki, işçilər haqsız yerə işdən çıxarıldıqları üçün məhkəməyə üz tutublar.Tribuna.az
Qarşı tərəfi dinləməyə hazırıq.










