Rövşən Rüstəmov Xırdalan stansiyasında dəmiryolunun mühafizə zonasının kafe tikintisinə necə icazə verib? -Videofakt
Paytaxtda və bölgələrin bir sıra ərazilərində hələ də qanunsuz tikinti işləri aparılır.
XALQ-a daxil olan məlumat görə Abşeron rayonu Xırdalan stansiyasının dəmir yolunun mühafizə zonasının qanunsuz kafe inşa edillir.
Bu tikinti heç bir normativ sənədləri olmadan inşa edilməsi bir sıra suallar yaradır.
Yada salaq ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə gələcəkdə görüləcək işlər üçün lazımi sənədləşmə aparılır. Lakin belə hallar onu deməyə əsas verir ki, gələcəkdə qanunsuz tikinti aparan sahibkar dövlətdən müyyən tələbləri olacaq.
Bəs bu tikintiyə hansı qurum icazə verib?
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən heç bir açıqlama almaq mümkün olmadı.
Həmçinin Abşeron rayon İcra Hakimiyyətində qanunsuz tikintiyə heç bir münasibət bildirilmədi.
Qeyd edək ki, 2022-ci ildən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur.
Qurumaların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:











