media-rr

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından mahnı oxuyacaq.

XALQ” xəbər verir ki, sənətçi bu barədə ARB-nin efirində yayımlanan “İki başlı” verilişində danışıb.

Müğənni bildirib ki, Aygün Kazımovanın repertuarından oxuyacağı musiqi artıq seçilib, lakin sənətçi həmin mahnının adını hələlik sirr saxlayıb:

“Mahnını seçmişəm. Yayda çıxacaq. O mahnı oxunanda bəlkə də, siz çox balaca idiniz. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə aid mahnıdır”.

Qeyd edək ki, illərlə aralarında soyuq küləklər əsən sənətçilər bir müddət öncə iştirak etdikləri məclislərin birində aralarındakı buzları əritmişdilər.


media-728x90banner

Bənzər xəbərlər