Ruanda Prezidenti Bakıda
Azərbaycana rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
XALQ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.
Ruandanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.






Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ruandanın Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
*****
Bu gün Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.











