media-kam

Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib.

XALQ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Rusiya və qonşu Yaponiyanın hakimiyyət orqanları sakinləri sahil zonasını tərk etməyə çağırıblar. Artıq bir neçə nəfər xəsarət alıb, hələ ki itki yoxdur.

Kamçatka yarımadasında baş verən güclü zəlzələdən sonra yaranan sunami dalğaları ABŞ-nin Kaliforniya ştatının sahil ərazilərinə çatıb.

media-ss

Bu barədə ABŞ-nin Milli Meteorologiya Xidməti məlumat yayıb.

“Kaliforniya ştatındakı Arena-Kov çimərliyində qabarma göstəricilərinə əsasən, sunami hazırda sahilboyu hərəkət edir”, – deyə bildirişdə vurğulanıb.

Qeyd edək ki, sunami dalğaları Havay adalarının sahillərini də vurub.


media-728x90banner

Bənzər xəbərlər