Rusiyada iki körpü uçdu: Ölənlər və yaralananlar var
Rusiyanın Bryansk vilayətində körpü partladılıb.
XALQ Rusiya KİV-ə istinadən xəbər verir ki, həmin vaxt körpünün altından sərnişin qatarı keçib.
Bölgənin qubernatoru Aleksandr Boqomaz hadisə nəticəsində 7 nəfərin öldüyünü, 3-ü uşaq olmaqla 66 nəfərin yaralandığını açıqlayıb.
“388 sərnişini daşıyan qatar hərəkət edərkən magistral yolda körpü partladılıb”, – A. Boqomaz bildirib.
***
İyunun 1-də Moskva vaxtı ilə saat 02:21-də (Bakı vaxtı ilə 03:21-də – red.) Rusiyanın Kursk vilayətində körpü uçub.
Bu barədə “Rusiya Dəmir Yolları”nın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində yalnız bir nəfər – maşinist xəsarət alıb: