Rusiyadakı təyyarə qəzası
Rusiyada göyərtəsində 49 nəfərin olduğu “An-24” sərnişin təyyarəsi Amur vilayətində radarlardan itib.
XALQ xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Anqara” aviaşirkətinə məxsus təyyarə ilə Tında şəhərinin hava limanından bir neçə kilometr aralıda əlaqə itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin, həmçinin 6 ekipaj üzvü olub.
“An-24” təyyarəsi havada olarkən heç bir problem siqnalı verməyib. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub.
***
Rusiya FHN-in məlumatına görə, Amur vilayətində radarlardan itən təyyarənin qalıqları tapılıb.
Belə ki, Federal Hava Nəqliyyatı Agentliyinə məxsus Mi-8 helikopteri tərəfindən təyyarənin yanmış gövdəsi aşkarlanıb.
***
İlkin məlumatlara görə, təyyarənin göyərtəsindəki 49 nəfərin hamısı ölüb.