Rusiyanın Ukraynadakı itkiləri açıqlandı – FOTO
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Xalq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 30 000 canlı qüvvəsi, 1 330 tankı, 3 258 zirehli döyüş maşını, 628 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 207 hərbi təyyarəsi, 174 helikopteri, 503 dronu, 116 qanadlı raketi, 2226 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 48 xüsusi texnikası məhv edilib.