media-rustemmm

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və rayonun baş memarını vəzifədən azad edib.

XALQ xəbər verir ki, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

media-ilq

Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb.

Eyni zamanda, Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub.

Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır


media-728x90banner

Bənzər xəbərlər