media-57
4 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı keçirilib.
Festivalın əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerlər, sahibkarlar və şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının bazar imkanlarının artırılması olub.
Tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, yeni nəsil avadanlıqlar və istehsal olunan məhsullar nümayiş etdirilib. Eyni zamanda, dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən festival iştirakçılarına təqdim edilən məhsullar və innovativ yeniliklər barədə ətraflı məlumat verilib.
Festival çərçivəsində kənd təsərrüfatı sahəsində yüksək nəticələr əldə etmiş bir sıra fermerlər mükafatlandırılıb. Bu addım aqrar sahədə çalışan fermerlərin əməyinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib.
Tədbir iştirakçılarının böyük marağına səbəb olan festival konsert proqramı ilə davam edib.
media-44 media-45 media-46 media-47 media-49 media-50 media-51 media-52 media-53 media-54 media-57 media-58 media-59 media-60

media-728x90banner

Bənzər xəbərlər