Saatlıda qanvermə aksiyası keçirildi
Saatlı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi tərəfindən Saatlı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən, eyni zamanda təcili əməliyyata ehtiyacı olan insanların sağlamlığını qorumaq, onların həyatını xilas etmək məqsədilə həyata keçirilən tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər. Ötən illərdə olduğu kimi bu il də rayonda keçirilən qanvermə aksiyasında ümumi fəallıq müşahidə olunub.
Unutmayaq ki, hər bir damla qan bir insana ümid, bir ailəyə sevinc, bir həyata yeni nəfəs deməkdir.