media-001
Saatlı rayonunda Qərbi Azərbaycan İcmasının Saatlı rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış olub
Açılışda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Saatlı rayon Təşkilatının sədri Elşən Əzizov və rayon üzrə yeni nümayəndə Qədir Məmmədov iştirak ediblər. Ofisdə yaradılan şəraitlə tanış olan qonaqlar daha sonra rayon icra hakimiyyətinin inzibati binasında Qərbi Azərbaycan İcmasının rayon üzrə təyin edilmiş yeni nümaydəsinin təqdimatında iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Elmir Bağırov Qərbi Azərbaycan İcmasının ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynadığını, tariximizin qorunması və regional məsələlərin həllində icmanın xüsusi töhfələr verdiyini vurğuladı. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edərək icmanın fəaliyyət istiqamətləri, rayonlarda görülən işlər və rayon üzrə nümayəndəliyin yeni ofisinin açılmasının icmanın işini daha da genişləndirməyə imkan yaradacağı barədə məlumat verdi. Daha sonra Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və rayon üzrə yeni nümayəndə Qədir Məmmədov çıxış edərək icmanın bölgədəki fəaliyyətinin dəstəklənməsinin önəmini, yerli icma və vətəndaşlarla əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini və gələcəkdə icmanın sosial-mədəni layihələrinin daha geniş şəkildə həyata keçirilməsi perspektivlərini, birlikdə yeni tədbirlərin keçirilməsi, ictimaiyyətin maarifləndirilməsi, icma ilə yerli qurumlar arasında əməkdaşlığın gücləndirilməsini vurğuladılar.
media-001 media-002 media-003 media-004 media-005

media-728x90banner

Bənzər xəbərlər