Saatlıda şəhidlərinin əziz xatirəsi yad edilib
Saatlı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələri üzvlərinin, müharibə əlilləri, müharibə iştirakçılarının, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin iştirakı ilə rayonun Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunmuş, 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş həmvətənlilərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.
Saat 12:00-da ümumrayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
Bildiririk ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun şəhər və kəndlərində asılmış Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilmişdir.














