media-78
YAP Saatlı rayon təşkilatının yaranmasının 32 illiyi qeyd edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 32 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov rayon təşkilatının yaradılmasının 32 illiyi ilə əlaqədar partiyanın hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Tədbir iştirakçılarına təşkilatın keçdiyi yol, son illərdəki fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə geniş məlumat verib. O, çıxışında bildirib: “1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, regional inkişaf siyasətinin və milli maraqlara əsaslanan strategiyanın uğurla reallaşdırılmasına böyük töhfə verir. YAP Saatlı rayon təşkilatının ərazi partiya təşkilatlarının say və fəallığının artması, gənclərin və qadınların ictimai-siyasi həyatda daha fəal iştirakı davamlı uğurlar üçün möhkəm təməlin formalaşdığını nümayiş etdirir”.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası təkcə siyasi hadisələrin axarında yaranan təşkilat deyil, milli məsuliyyətin və xalqın sabaha olan inamının çağırışı ilə meydana çıxmış bir hərəkatdır. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə əsası qoyulan bu partiya çətin və ziddiyyətli dövrlərdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək sabitliyə və inkişafa aparan yolun əsas siyasi dayağına çevrilib. Partiyanın uğur tarixini yaradan əsas amillərdən biri ideoloji sabitlik, prinsipial mövqe və xalqla daim sıx təmasda olmasıdır. O bildirib ki, partiya veteranlarının topladığı təcrübə, dövlətçiliyə və xalqa bağlılığı gənc nəsil üçün örnək olmalı, bu mənəvi körpü davamlı şəkildə qorunmalıdır.
Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri, Partiya veteranı Lütvəli Şıxəliyev və Partiyanın gənc üzvü Gözəl Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu qeyd ediblər.
Çıxışlardan sonra rayon təşkilatının həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
media-66 media-67 media-68 media-69 media-70 media-71 media-72 media-73 media-74 media-75 media-76 media-77 media-78 media-79 media-80 media-81 media-83 media-84

media-728x90banner

Bənzər xəbərlər