Sabiq deputat vəfat edib
Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
XALQ xəbər verir ki, onun yaxınları məlumat veriblər.
Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, 5 çağırış Milli Məclisin deputatı idi.
2002-ci ildə Prezidentin Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Məlumat üçün bildirir ki, Azərbaycan İpoteka Fondunun idarə heyətinin sədri Fəxri Kazımov sabiq millət vəkilinin oğludur.
Allah rəhmət eləsin!