media-sabuncu

Paytaxtın şəhərsalma normalarına zidd qanunsuz  tikintilərin aparılması davam edir.

Sosial mediada bir çox görüntülər var ki,  heç bir icazəverici sənədi olmayan tikinti işləri aparılması geniş vüsət alıb.

XALQ-a daxil olan məlumata görə Sabunçu rayonu Musa Bayramov küçəsində heç bir icazəverici sənədi olmayan obyekt tikintisi aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti və quraşdırma işi ilə bağlı məlumat bazasında heç bir qeyd yoxdur.

İddialara görə tikintiyə heç bir icazəverici sənəd olmadan aparılması Sabunçu İcra Hakimiyyətinin hansısa səlahiyyətli şəxsi nəzarət edir.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən açıqlama verməkdən imtina etdilər Zabrat İcra nümyəndəliyindən isə bildirdilər ki, hər hansı bir tikintidə haqqında məlumatımız yoxdur.

Məsələ ilə bağlı  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  heç bir münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki,  2012-ci ildən Sabunçu icra Hakimiyətinin başçısı Adil Vəliyevdir.

Məsələ ilə bağlı aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görntüləri təqdim edirik:

Tikinti ilə bağlı Sabunçu icra hakimiyyəti məlumatını təqdim edirik:

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 22 ünvanında mövcud olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 1125026642 qeydiyyat nömrəli, 13.02.2025-ci il tarixli çıxarışa əsasən Allahverdiyev Rövşən Abdulla oğlunun xüsusi mülkiyyətindədir. Allahverdiyev Rövşən Abdulla oğlu Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 93 saylı, 06.04.2026-cı il tarixli Sərəncamı ilə sözügedən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsini qərara almışdır.Tikinti quraşdırma işləri qəbul olunmuş sərəncama uyğun şəkildə həyata keçirilir.


media-728x90banner

Bənzər xəbərlər