Şahbaz Şərif İlham Əliyevdən Xankəndidə Ərdoğan və özü üçün nə istədi? – Video
Xəbər verdiyimiz kimi, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də qatılıb.
XALQ məlumatına görə, ölkə liderləri Xankəndidə görüşləri zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə müraciət edərək xahiş edib ki, ona və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Xankəndidə ev bağışlasın. Ölkə başçılarının səmimi görüntüsü maraqla qarşılanıb.
Həmin görüntüləri oxuculara təqdim edirik: