media-sahdag

Şahdağ Turizm Mərkəzində hər kəsi təşvişə salan hadisə baş verib. İçi sərnişinlərlə dolu olan kanat yolu hərəkətdə olarkən qəfil dayanıb. Nəticədə onlarla insan yüksək hündürlükdə, havada asılı vəziyyətdə qalıb.

 XALQ xəbər verir ki, hadisə şahidləri sosial platformada videolar paylaşıb.

Hadisə baş verən an ərazidə böyük həyəcan yaşanıb. Sərnişinlərin kömək çağırışları eşidilib, turistlər arasında panika yaranıb. İlkin məlumata görə, kanat uzun müddətdir hərəkətsiz vəziyyətdədir.

Dərhal ərazi nəzarətə götürülüb, aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Xilasetmə tədbirlərinin görülməsi üçün hazırlıqlar aparılıb. Sərnişinlərin təhlükəsiz şəkildə endirilib xəsarət alan olmayıb .

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Rəsmi qurumlardan əlavə məlumat gözlənilir.

Qeyd edək ki, istirahətə gedən vətəndaşlar tətilləri yarımçıq qoyub məkanı tərk ediblər.

Həmin görüntüləri təqdim edirik:

“Şahdağ Turizm Mərkəzi”nin münasibətini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər