Sahib Məmmədovun nöqsanları nə zaman aşkarlanacaq?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verən ciddi nöqsanlar nə zaman aşkaralnacaq?
Bununla bağlı elektorn ünvanımıza göndrilən məlumatda Həmkarlar İttifaqları Konfederasiyasında baş verən hadisələr qeyd olunub.
XALQ həmin məlumatları olduğu kimi təqdim edir:
Səttar Mehbalıyevin qardaşı qızı Firəngiz Mehbalıyeva bu gün Sahib Məmmədovun ən yaxın adamlarından biridir. Sahib Məmmədov öz gətirdiyi kadrları bir bir itirdiyinə görə Səttar Mehbalıyevin kadrlarına üz tutur. Bu sırada Firəngiz Mehbalıyeva söz sahibidir və heç bir maneəsiz onun kobinetinə girə bilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verən ciddi nöqsanlar nə zaman aşkaralnacaq?
Bu yazdıqlarınız Sahib Məmmədovun həmkar biznesinin 100 dən 1 hissəsidir. Sahib Məmmədovun Həmkar Biznesi gəldiyi gündən tikinti üzərində qurulub. Həqiqətən heç bir həmkar işi ilə məşqul deyil,Həmkarlar ittifaqları haqqında qanun və ya Həmkar nizamnaməsindən bir cümlə belə bilmir. Bu adam 1 ilin içərisində üzv təşkilatların adlarınl belə öyrənə bilməyib. Gözünü açıb ailəsinin dolanacağını tikintidən gördüyü üçün (Atası uzun illər Bakı şəhərinin tikinti bərpa idarəsinə rəhbərlik edib) bu sahədən yeyilən pulun gözə görünmədiyini bilərək milyonlarla vəsaiti Həmkarlar İttifaqının balansında olan Respublikanln müxtəlif bölgələrində yerləşən sanatoriya və istirahət bölgələrinin təmirinə yönəldib. Həmkarlar İttifaqlarının Üzvlərinin əmək haqqlarından tutulan üzvlük haqqının təmir işlərinə deyil onların əmək hüquqlarının qorunmasına,sosial müdafiəsinə,istirahətinin təşkilinə,maddi yardımların verilməsinə sərf edilməli olduğu halda məcburi qaydada bütün Respublika Komitələrindən vəsaitləri xüsusi hesaba köçürməklə aldadıcı və gözdən pərdə asan tikinti quruculuq işlərinə sərf edir. Həmçinin maraqlıdır ki bu açılışlarda özünə yaxın olan bir qrup deputatları dəvət edərək onlara hesabat verməklə gözdən pərdə asır. Sahib Məmmədovun ikinci əsas qazanc yeri Yeni il və Novruz şənliklərinə alınmış hədiyyələrin qiymətinin 15 manata çatdırılması ilə AHİK-in satınalma şöbəsinin müdiri Məhəmməd vasitəsi ilə həmin firmalardan milyonlarla vəsaitin nağdlaşdırılmasıdır. Hansı ki, Sahib Məmmədovun bəyənmədiyi Səttar Mehbalıyevin dövründə bu hədiyyəli biletlərin qiyməti 6 manat ilə 10 manat arasında olmuşdur. Sahib Məmmədovun kadr siyasətinə gəldikdə,əvvəllər 80-90 nəfərdən ibarət konfederasiyaya 200 nəfərin qəbul edilməsi,onların əsas hissəsinin öz qohum və tanışlarından ibarət olmasıdır (əmisi qızı,qardaşının həyat yoldaşı,yeni şöbə müdirlərinin yaxın adamları və s). Artıq konfederasiyanın otaqlarında oturmağa yer yoxdur Respublika komitələrini məcburi qaydada ayrı ayrı yerlərə icarə haqqı ödəməklə köçürməsi və yaxın adamlarına yüksək əmək haqqı verilməsi üçün onları bir neçə vəzifəyə təyin edilməsi mövcud qanunvericiliyə zidd hərəkətdir.Belə ki bütün Respublika Komitələrinin sədrliyinə öz müşavirlərini gətirərək onların hərəsinə yüksək əmək haqqı almaları üçün 2-3 vəzifəyə təyin etməsidir. Həqiqətən Elkiyar Ziyadov həm AHİK sədrinin müşaviri,həm Mədəniyyət İşçiləri Həmkarlarının Respublika Komitəsinin sədridir.Məmməd Həsənov həm Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri eyni zamanda AHİK sədrinin maliyyə məsələləri üzrə müşaviridir. Cəmaləddin adlı əvvəllər Əmək Nazirliyindən qovulmuş şəxs indi həm AHİK sədrinin müşaviri həm də Dövlət Qulluqçuları Həmkarlar İttifaqının Respublika Komitəsi sədrinin birinci müavinidir.Nigar Vahabzadəyə gəldikə isə o həm AHİK sədrininmüşaviri,həm Turizm Şurasının sədri,həm AHİK in İdman Təşkilatları Birliyinə rəhbərlik edən iş yerində gündə 2 dəfə libas dəyişən və kəsdiyi başa sual olunmayan bir qadındır. Bütün bu əməllərin sonunda Emiliya kimi təsadüfi adamlara iş etibar edildiyinə görə hazırda Konfederasiya bütün Respublika Komitələri və təşkilatlardan vəsait toplamaq ilə məşquldur.Vəsaiti ödəməyən təşkilat rəhbərləri isə işdən çıxarılmaqla hədələnir.Düşünürəm ki Həmkarlar İttifaqlarında mövcud olan bu vəziyyət hazırda minlərlə narazı insanın olduğu bir təşkilatın məhv olaraq süqut etməsinə gətirib çıxaracaqdır.Beynəlxalq təşkilatlarda isə Azərbaycan Həmkarlar İttifaqının ictimai təşkilat yox bir nazirlik və korrupsiya yuvası kimi fəaliyyət göstərməsi haqqında ciddi əsaslar var.
Sahib Məmmədov hələdə başa düşmür ki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbər qurum deyil yalnız Konfederativ formada birləşmiş Respublika Komitələrinin fəaliyyətini koordinasiya edən bir seçkili qurumdur.Hazırda Sahib Məmmədovun hazırlaşdığı qurultayda həmin Respublika Komitələrinin səlahiyyətlərini əllərindən almaqla yeni nizamnamə qəbul etməkdir.Hər halda Ədliyyə Nazirliyi Həmkarlar İttifaqının Beynəlxalq təcrübsinə əsaslansa belə nizamnaməni təsdiq etməz.Qurultayda isə Sahib Məmmədov sədr seçkisi aparmadan digər məsələləri müzakirə etmək niyyətindədir.Əsas kimi isə bildirir ki mən 1 il bundan qabaq seçilmişəm.
İddialarla bağlı Həmkarlar İttifaqları Konfederasiyasında heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırırq.