Sahibə Qafarova Milli Məclisin sədrliyinə namizəd oldu
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası yekunlaşıb.
XALQ.AZ-ın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna Sahibə Qafarova, sədrin I müavini postuna Əli Hüseynlinin namizədliyi irəli sürülüb.
Xatırladaq ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib



XALQ.AZ










