Sahibkar: İcra başçısı məni söydü
XALQ.AZ bildirir ki, Şəmkir rayonunun Həzi Aslanov küçəsi ev 82 ünvanında yaşayan Əmiri Alanaq Seyranə Oruc qızı “Qafqazinfo” ya müraciət edib
Müraciətdə bildirilir ki, şikayətçiyə məxsus olan Cahangir Rüstəmov küçəsində yerləşən 49 kv.m ölçüsü olan qadın salonu İcra başçısı Nazim Veyisov tərəfindən qanunsuz olaraq dağıdılıb.
S. Orucqızı qeyd edib ki, abadlıq işi altında aparılan bu talançılığın məqsədi həmin ərazidə olan marketin sahəsinin böyüdülməsidir:
“ Market başçının özünə məxsusdur.Mənə başqa yerdən torpaq sahəsi versələr də, dağıdılmış salonun burada tikilməsinə kömək edilmir.Söküntüyə başlamamışdan əvvəl tikiləcəyi ilə bağlı razılıq əldə olunmuşdu.
İcra başçısı Nazim Veyisovun qəbulunda olanda məni kobud söyüşlərlə söyərək təhqir etdi. Dedi ki hara istəyirsən şikayət et, onsuzda şikayətlər icra olunması üçün bura gələcək,mən də sənə salon tikən deyiləm.
O bir ildən çoxdur ki, ailəmizi işsiz, çörəksiz qoyub”.
Şikayətçi sayt vasitəsilə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. O, birinci xanımdan onun qanunu əmlakını dağıtdıran İcra başçsı Nazim Veyisov barədə tədbir görülməsinə tapşırıq verilməsini xahiş edib.