Şahin Seyidzadə bu dairədən namizəd oldu
Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Şahin Seyidzadənin 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Şahin Seyidzadə sosial hesabında yazıb: Məmnuniyyətlə bildirirəm ki, VII çağırış Milli Məclisə seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyim qeydə alındı. Bütöv Azərbaycanın ilk parlament seçkilərində iştirak etmək qürurvericidir! Əziz qobustanlılar, şamaxılılar və ismayıllılar,Cənab Prezidentin rəhbərliyi altında dövlətimizin inkişafına dəstək olaraq, birlikdə daha parlaq gələcək naminə yola davam deyə qeyd edib.
Bildirirk ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olmuşdur. 3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.










