Şahin Seyidzadə hesabat verdi
Milli Məclisin deputatı Şahin Seyidzadə 2024-cü il payız və 2025-ci yaz sessiyaları dövründə fəaliyyətə dair hesabatını təqdim edirik:
Geridə qalan 2024-cü il payız və 2025-ci il yaz sessiyaları fəaliyyət dövründə Qobustan, Şamaxı və İsmayıllı rayonlarında 27 qəbul keçirilmişdir. Qəbulda 1 şəhər, 6 qəsəbə və 65 kənddən 288 seçici iştirak etmiş və ümumilikdə seçicilər tərəfindən 551 #müraciət daxil olmuşdur.
Bununla yanaşı, qaldırılan təkliflər, yazılan ərizə və müraciətlər üzrə araşdırmalar aparılmış, müvafiq olaraq mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir.
Həmin hesabat dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli, müraciətlərin qanunvericiliyin imkanları çərçivəsində baxılmasının təmin edilməsi, habelə dövlətin gündəmində olan mövzular ərtafında media resurslarında aparılan kommunikasiya fəaliyyətə dair hesabat hazırlanaraq, hesabat dövrü ərzində müraciət etmiş vətəndaşlara poçt vasitəsi ilə yollanılmışdır.
Fəaliyyətimiz çərçivəsində Elm və təhsil komitəsi və Mədəniyyət komitəsi üzvü kimi müxtəlif qanunvericiliklərlə çıxış edilmiş, eləcə də gənclərlə, tələbələrlə və müəllimlərlə görüşlər keçirilmiş, elmi konfranslarda və mədəni tədbirlərdə iştirak olunmuş, həmçinin mentorluq proqramları çərçivəsində Yüksəliş müsabiqəsinin qalibləri ilə görüşlər həyata keçirilmişdir.
Bununla yanaşı, beynəlxalq səviyyədə
Azərbaycan – Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, mövcud potensialı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı görüş keçirilmiş, müxtəlif mövzularda beynəlxalq və yerli tədbirlərdə iştirak edilmişdir.