Şahin Seyidzadə Qobustanda və Şamaxıda seçicilərlə görüşdü
Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustanda və Şamaxıda seçicilərlə görüşdü
XALQ.AZ xəbər verir ki, Şamaxı rayonu Quşçu kəndində Quşçu və BirinciÇaylı kəndlərindən olan sakinlərlə fərdi qəbul həyata keçirildi.
Qəbulda vətəndaşlar tərəfindən təhsil, məşğulluq, sosial müdafiə, kənd təsərrüfatı və infrastruktur mövzuları ətrafında müraciətlər səsləndirildi.
Həmçinin Qobustan rayonu Ərəbqədim kəndində Ərəbqədim və Şıxzahırlı kəndlərindən olan sakinlərlə fərdiqəbul həyata keçirildi. Həmçinin, fərdi qəbul zamanı şəhid Sahibov Mübariz Əli oğlunun ailə üzvləri ilə görüş keçirildi.






























