“Şaiq” MTK bədbədəxt hadisə: Bina sakini liftə xəsarət aldı-Video
Paytaxt sakini Sara Qasımova yaşadıqları binanın liftində başından xəsarət alıb. Gənc qızın iddialarına görə, 2 gün öncə Yasamal rayonu, Dadaş Bünyadzadə 34b ünvanında yerləşən “Şaiq” MTK-ya məxsus binada liftdə olan zaman tavandakı dəmir parçası qoparaq başına düşüb. Nəticədə xəsarət alan qız əməliyyat olunaraq həmin nahiyyəyə tikiş qoyulıb.
Xezerxeber.az-ın məlumatına görə, gənc qız deyib ki, hadisə ilə bağlı dərhal binanın komendantına məlumat verilsə də, heç bir tədbir görülməyib. Sadəcə qırılan dəmir parçası götürülərək yenilənib və hadisədə özlərini haqız hesab etməyiblər.
Məsələdə adı hallanan bina inzibatçısı ilə görüşdük. O, liftələrdə hec bir problemin olmadığını dilə gətirdi. Hadisəyə gəlincə, bundan xəbərdar olduqlarını, amma liftlə bağlı hər hansı bir tədbirə ehtiyac olmadığını bildirdilər.
Binann inzibatçısı onu əlavə etdi ki, bəzən liflərin görünüşündə də problemlər olur. Bu isə bina sakinləri tərəfindən edilir. Məsuliyyətsiz davranışlar başqaları üçün problemə çevrilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










