media-25

 

Quba -Xınalıq yolunda istirahət  mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası niyə istifadə olunur?

media-22

XALQ-a daxil olan məlumata görə Quba-Xınalıq yolu  üzərində Qəçreşdə Küsnətqazma kəndin ərazisində çay sahilində A-frame evlər qurulur və istirahət mərkəzi üçün ərazidə AAYDA-nın ağır texnikası lazımi işləri görür.

media-23

Məlumata görə istirahət mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası traktortları, ağır tonnajlı yük avtomobilləri və işçi heyəti səfərbər olub.

media-005

Qeyd olunur ki, qısa müddət ərzində istirahət mərkəzi tikilib fəaliyyət başlaması üçün bütün işlər görülür.

Məlumatda iddia olunur ki,  bir necə irigövdəli yaşıl ağaclarda kəsilib A-frame evlərinin qurulması üçün ərazi genişləndirilib.

media-25

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız zamanı məlum olub ki, həmin ərazidə tikinti işlərinin aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası sədr Saleh Məmmədovun razılığı ilə işlərə cəlb olunub.

 

Qurumların mövqeyini dərc etməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər