Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb.
İclası Çin Xalq Respublikasının Sədri Si Cinpin açıb.
İclasda Təhlükəsizlik Çağırışları və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz və ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi təqdim olunacaq. Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Onların arasında Tiencinn Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası var.