media-aaa

Son günlər kiberdələduzların əsas hədəfi internet üzərindən bilet satışıdır.

Bununla ən çox xaricdə yaşayan  soydaşlarımız rastlaşıb. Belə ki, bir sıra insanların güvənini qazanaraq vətəndaşlara qarşı dələduzluq əməli törədilib.

Rusiyada yaşayan soydaşlarımız XALQ-a müraciət edərək aidiyyatı qurumlardan araşdıma aparılmasını xahiş edirlər.

Şikayətçilərin sözlərinə görə yüzlərlə insanlar  Moskva-Bakı təyyarəsinə ucuz bilet satışı ilə aldandıqlarını bildirirlər. Sayalı Abbaslı adlı şəxs onlara portalda göstərilən qiymətdən 30-40% daha ucuz təyyarə bileti təklifi edib.  Belə ki endirimli və məhdud sayda təyyarə bileti adı ilə vətəndaşları təcili pul göndərilməsinə sövq edib. Moskvada yaşayan soydaşlarımız bu şəxsin göndərdiyi müxtəlif adamlara məxsus bank kartlarına ödəniş etsələrdə nə bilət olub nə də ki,Bakıya qayıda biliblər.

Sayalı Abbaslı  onları inandıra bilib ki, şirkətin nümayəndəsi olaraq xüsusi endirimlə bilet satışı həyata keçirir və nəticədə müxtəlif məbləğlərdə ona bilet üçün ödənişlər olunub.

Məsələnin üstü açıldıqdan  sonra Sayalı Abbaslı telegram üzərindən digər şəxs tərəfindən aldandığını bildirib. Lakin soydaşlarımıza bilət üçün ödənilən  pullar qaytarılmayıb .

Şikayətlə bağlı Sayalı Abbaslı ilə əlaqə saxlamaq mümkün olmadı.

Rusiyada yaşayan soydaşlarımız aidiyyatı qurumlardan onlara dəymiş ziyanın ödənilmisin xahiş edirlər.

Qeyd edək ki,  bu kimi hallarda insanlar ilk olaraq rəsmi sayt və kanallardan istifadə etmələri tövsiyyə olunur.

Xəbərdə adı keçən şəxsləri və qurumların fikirlərini yayımlamağa hazırıq.


media-728x90banner

Bənzər xəbərlər