Səbinə Salmanovanın seçicilərlə görüşləri davam edir-Fotolar
Növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin təşviqat kampaniyası aktiv şəkildə davam edir. Seçicilərin də prosesdə aktiv şəkildə iştirakı builki seçkilərin daha yüksək səviyyədə keçəcəyinə əminlik yaradır.
Məlumata görə namizədlərin keçirdiyi görüşlərə seçicilərin böyük maraq göstərməsi yeni parlamentin işinin daha effektiv olacağına işarədir. Namizədlər də seçiləcəkləri halda seçicilərin qaldırdığı məsələləri, yerli problemləri parlament tribunasından səsləndirəcəyinə, məsələlərin həllinə çalışacaqlarına əminlik ifadə edirlər. Ümumi olaraq 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurlu formada gedir.
Görüşdə çıxış edən deputatlığa namizəd sumqayıtlıların səsini yüksək tribunadan çatdıracağını, bu məqamın onun məsuliyyətini daha da artırdığını deyib.
O bildirib ki, Milli Məclis qanunverici orqandır və bir hüquqşünas kimi qanun layihələrinin hazırlanmasında və qəbulunda faydalı olacaq, sumqayıtlı gənclərin işlə təmin olunmasında, kiçik və orta biznesin inkişafına şərait yaradılmasında millət vəkili olaraq, bütün imkanlardan istifadə edəcək.
Görüş müzakirə formasında davam etdirilib, seçiciləri maraqlandıran bir sıra məsələlərlə bağlı deputatlığa namizədin mövqeyi dinlənilib. Daha sonra çıxış edən seçicilər Səbina Salmanovaya inandıqlarını, ona səs verəcəklərini bildiriblər.
Görüşün sonunda deputatlığa namizəd Səbinə Salmanova seçicilərin suallarını cavablandırıb.














