Seçki sənədlərinin saxlanıldığı arxiv – görüntülər
Mərkəzi Seçki Komissiyasının (MSK) binasında yerləşən arxiv otağından görüntülər yayılıb.
Kadrlarda seçici siyahılarının və seçki sənədlərinin saxlanıldığı arxiv bölməsi əks olunub. Görüntülərdə sənədlərin xüsusi rəflərdə yerləşdirildiyi, arxiv materiallarının sistemli şəkildə qorunduğu görünür.
Qeyd edək ki, seçici siyahıları və seçki prosesinə aid sənədlər qanunvericiliyə uyğun olaraq müəyyən müddət ərzində xüsusi qaydada mühafizə olunur. Arxiv materialları seçki prosesinin şəffaflığının və sonrakı yoxlamaların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Seçici siyahılarının saxlanıldığı otaqdan videonu təqdim edirik:










