media-977

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.

Bu hadisədən sonra Ramiz Mehdiyevlə əlaqələri olan bir sıra vəzifəli şəxslərin, o cümlədən iş adamlarının adları ifşa olub. Onlardan biri də “Sədərək” Ticarət Mərkəzinin sahibi “Sədərək Yusif”  ləqəbi ilə tanınan Yusif Qədimbəylinin.

Yerli mətbuatın və bir sıra tanınmış jurnalistin yazdıqlarına əsasən, Yusif Qədimbəyli  məhz Ramiz Mehdiyev himayədarlıq edib. Mehdiyevin bu dəstəyi sayəsində “Sədərək” Ticarət Mərkəzində baş verən pozuntulara uzun illər göz yumulub.

“Sədərək Yusif”in oğlunu vəzifəyə gətirmək üçün xərclədiyi milyonlar

Yusif Qədiməliyevlə Ramiz Mehdiyev arasındakı münasibətlər sadəcə himayədarlıq məsələsi ilə yekunlaşmayıb.

Bunun üçün Yusif Qədiməliyevin oğlu Mehman Əli Həsənova köməkçi təyin edilib.

Əli Həsənovun qapısında oturan Mehman Qədiməliyev bir müddət ictimai-siyasi şöbədə inkişaf edib, baş məsləhətçi səviyyəsinə qədər yüksəlib, dövlət qulluqçusu rütbələri alıb.

Əli Həsənov ilə bütün səfərlərə gedən Mehman eyni zamanda bir növ maliyyə məsələləri üzrə köməkçi rolunu da oynayıb.

Ondan sonra, 2015-ci ildə Əli Həsənov Mehman Qədiməliyevi Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin etdirmək istəyib.

Yusif Qədiməliyev bu məqsədlə Ramiz Mehdiyevdən şəxsən xahiş edib. Lakin istəyinə nail ola bilməyib. Nəticədə Mehman Qədiməliyevin arzusunda olduğu bu vəzifəyə Fatma Abdullazadənin namizədi təyin edilib.

Əvvəllər Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun köməkçisi işləmiş Mehman Qədimbəylinin adı hər zaman mətbuatda qalmaqallarda hallanıb.

O, hələ bir müddət əvvəl mətbuatın gündəminə özünə bahalı toy mərasimi keçirməsi ilə gəlmişdi. Toy mərasiminə dünyaca məşhur müğənniləri dəvət edən iş adamının keçmiş məmur oğlunun onlara milyonlar xərclədiyi ilə bağlı mətbuatda yazılar dərc olunub. Ümumilikdə isə, Mehman Qədimbəyli məmur olanda da, ondan sonra da və bu gün də insanların şikayətləndiyi şəxslərdəndir.

Aydın şəkildə deyə bilərik ki, bu gün Sədərək Ticarət Mərkəzinin sahibinin oğlu “Tik-tok”da bazar açıb. O, “By MG” adı ilə “Tik-tok”da əməlli-başlı trol dəstəsi yaradıb.

Oliqarx Qədimbəyli burada xüsusi siniflər yaradaraq onu tənqid edən istifadəçiləri təhqir etdirir. Eyni zamanda, xoşu gəlməyən şəxsləri təhqir edən canlı yayımlara öz dəstəyini nümayiş etdirir. Bu dəstəyi o külli miqdarda pulla həyata keçirir.

Misal olaraq, onun xoşuna gəlmədiyi hansısa şəxs canlı yayım açaraq çıxış edirsə, oliqarx Mehmanın mafiyası hərəkətə keçir və canlı yayım açana təhqirlər yağdırırlar. Bu təhqirlərə qoşulanlara da hədiyyələr göndərilir ki, onu daha çox söysünlər.

Belə ki, “Sədərək Yusif”in oğlu “Tik-tok”dakı bu cür videolara, canlı yayımlara gün ərzində 5-10 min dollarlıq hədiyyələr göndərir.

Bundan əlavə, iddialara görə Mehman Qədimbəyli “Tik-tok”da çılpaq qız videolarına, milli-mənəvi dəyərlərimizə zidd olan əxlaqsız canlı yayımlara da yüksək məbləğdə pul hədiyyələri göndərir.

Onu da bildirək ki, Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı qərarından sonra mətbuatda Yusif Qədiməliyevin şəxsi kapitalının bir hissəsini xaricə köçürməsi barədə məlumatlar yayılıb.


media-728x90banner

Bənzər xəbərlər