Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

XALQ.AZ məlumat verir ki, özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib. Hərbi attaşesi vəzifəsində çalışan polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.

Məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanda hərbi attaşesi təyin olunub.   Məmmədov hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

Qeyd edək ki, Şahin Abdullayev  2018-ci ildə  Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.


media-728x90banner

Bənzər xəbərlər