media-yass

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası​ vəfat edib.

XALQ xəbər verir ki, Şəkinin Kiş kəndindən olan şəhid atası Kazım Hümmətov ötən gün 63 yaşında dünyasını dəyişib.

media-87

Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.

media-711

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif
edilib.


media-728x90banner

Bənzər xəbərlər