Şəhid övladı Aliyə Abışova bu dairədən namizəd oldu
Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Aliyə Abışova 118 saylı Ağdam-Xocalı seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Aliyə Abışova 1981-ci ildə Xocalı şəhərində anadan olub. Prezident İlham Əliyev tərəfindən Tərəqqi medalı ilə təltif olunub. Atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.











