Şəhidimiz yad olundu
06.05.2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş Daşdəmirov Sahib Natiq oğlunun məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi böyük ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Çıxış edənlər bildiriblər ki, Vətən uğrunda canından keçən igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin qanı bahasına qazanılan tarixi Qələbə Azərbaycanın gücünü, xalqımızın birliyini və ordumuzun yenilməz ruhunu bütün dünyaya nümayiş etdirib. Onların müqəddəs xatirəsi hər zaman dərin hörmət və sonsuz minnətdarlıq hissi ilə anılır.
Tədbir iştirakçıları qeyd ediblər ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhidlərimizin ailələri xalqımız üçün əmanət, onların övladları isə Vətənə sədaqətin və qəhrəmanlığın canlı nümunəsidir.












