media-24
22 yanvar 2026-cı ildə Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Anım tədbirində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, liseyin kursantları, şəhid ataları, rayon ağsaqqalları, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə əklil və gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!
media-22 media-23 media-24 media-25 media-26
Həmçinin  Vətən Müharibəsi şəhidi Şikarov Nəcəf Şikar oğlunun məzarı Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.

Tədbir iştirakçıları şəhidin məzarı önünə və gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!
media-27 media-28

media-728x90banner

Bənzər xəbərlər