media-selec

Xətai rayonunda “Selectum Musichall” ətrafında gecə səs-küyü sakinləri narahat edir.

 XALQ “Patrulaz.az” istinadən xəbər verir ki, redaksiyamıza Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfizadə küçəsində yaşayan sakin tərəfindən şikayət daxil olub. Şikayətçi bildirib ki, sözügedən ərazidə yerləşən “Selectum Musichall” restoranının qarşısında gecə saatlarında bəzən xoşagəlməz hallar yaşanır.

İzləyicimizin sözlərinə görə, restorandan çıxan şəxslər bir-birlərinə qarşı nalayiq ifadələr işlədir, səs-küy salır və bu vəziyyət gecə istirahətini pozur:

“Xahiş edirəm, bu restoranın önündə baş verənləri İşıqlandırın. Gecə saatlarında bir-birlərinə ana-bacı söyürlər, burda əhali yaşayır. Olmaz axı belə.”

Qeyd edək ki, qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərinin fəaliyyəti yaşayış binalarına yaxın ərazilərdə səs-küy normalarına uyğun şəkildə təşkil olunmalıdır.

Restoranda baş verən hadisləri təqdim edirik:

İnanırıq ki aidiyyatı qurumların bu hallarla bağlı lazımi tədbirlər görəcək.


media-728x90banner

Bənzər xəbərlər