media-semkir
  Şəmkir rayonunun mərkəzində yerləşən Excelsior Hoteldən narazılıq
media-exx
Bu gün, sözün həqiqi mənasında, sanitariya və gigiyena qaydalarının pozulduğu, olduqca bərbad vəziyyətə düşmüş bir məkana çevrilib.XALQ xəbər verir ki,məlumatı jurnalist Sima Babayeva sosial hesabında paylaşaraq bildirib ki, qonaqlardan hər otaq üçün minimum 100 manat ödəniş tələb olunsa da,  bu məbləğin qarşılığında demək olar ki, heç bir xidmət göstərilmir. Otaqlardakı sanitar qovşaqlar həm mikrob mənbəyinə çevrilib, həm də ən sadə avadanlıqlar — unitazın su şlanqı və su tapançaları işlək vəziyyətdə olmur.
Duşdan istifadə etmək istədikdə isə insan çox acınacaqlı bir mənzərə ilə qarşılaşır. Uzun sözün qısası, qonaqlar üçün rahatlıq və normal şərait təmin olunmur. Nəticə etibarilə Şəmkirdəki Excelsior Hotel hazırda yol kənarında fəaliyyət göstərən ən sadə motellərdən və hostellər kimi , hətta onlardan da aşağı səviyyədə görünür.
Əgər hər hansı səbəbdən bölgədə qalmaq lazım gələrsə, avtomobildə gecələmək, burada qalmaqdan qat-qat daha məntiqli seçim olar.

media-728x90banner

Bənzər xəbərlər