Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

XALQ-ın məlumatına görə, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Həmin şəxslərin vəziyyəti orta-ağırdır.

Hadisənin təfərrüatları araşdırılır. Qyed edək ki, Bu gün  Tovuz rayonunda qidadan zəhərlənmə olub.

Hadisə rayonun Əyyublu kəndində baş verib.  İlkin məlumata görə, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.


media-728x90banner

Bənzər xəbərlər