Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklərə münasibət bildirib.

S.Hacıyev bu barədə “Facebook” səhifəsində yazıb.

O, mülki prosesdə vəkilin iştirakı məcburi olmayan hallarda belə, dövlət hesabına vəkillə təmin olunmaya imkan verən qanunun imzalanmasını inqilabi dəyişiklik adlandırıb.

“Bu dəyişikliklərin qəbul edilməsi Mülki Prosessual Məcəllənin sərtləşmiş tələbləri fonunda aztəminatlı əhalinin hüquqi yardıma çatımlığının təmin olunması baxımından ciddi addımdır”, – deyə S.Hacıyev bildirib.


media-728x90banner

Bənzər xəbərlər