Sənan Mehdiyevin etdiyi əməliyyatdan sonra 30 yaşlı qadın komadadır…..
Xəbər verdiyimiz kimi “Mərcan” klinikasında Rinoplastika əməliyyatından sonra pasient komaya düşüb.
XALQ.AZ xəbər verir ki, 30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.
“Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”, – zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.
Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:
“Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.
Zərərçəkənin atası Aydın Abışzadə hal hazırda qızının komadan çıxmasını gözləyirlər.
Qeyd edək ki, 2022-ci ildə əməliyyat olunan Ülviyyə İmanzadə adlı pasiyentdə həkim Sənan Mehdiyevdən şikayət etmişdi. Əməliyyatdan 2 ay sonra həkimə bildirdim ki, nəfəs ala bilmirəm. O qeyd etdi ki, 1 il sonra düzələcək. 1 il keçməsinə baxmayaraq rahat nəfəs ala bilmirəm deyə qeyd olunub.