İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək.

XALQ.AZ xəbər verir ki, buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının 1/4 final oyunlarından birinin (Danimarka – Çexiya) keçirilməsidir.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən iyulun 3-də ictimai nəqliyyat və metro fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyul ayında həftəsonları avtobuslar və metro işləməyəcək.


media-728x90banner

Bənzər xəbərlər