media-911

Qaradağ rayonu, Sənqəçal qəsəbəsində 300 sakinin yaşadığı  massivin yolu hasarlanıb və bağlanıb.

Çarəsiz qalan sakinlər “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edərək bildiriblər ki, əsas yola çıxmaq üçün bir kilometrə yaxın məsafə qət etməlidirlər.

Xezerxeber.az-ın məlumatına görə,

sakinlər iddia edirlər ki, illərdir bu yolun açılması üşün döymədikləri qapı, üz tutmadığıları qurum qalmayıb.

Sakinlər iddia edirlər ki, ərazidə kanalizasiya xətti olmadığından əsas yolun üzərindəki hasar çirkab suların axıdılmasına da problem yaradır.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, aidiyyəti qurumlarla birgə əraziyə baxış keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər