Serbiyada etirazlar: Növbədənkənar parlament seçkiləri keçiriləcək
Serbiyada genişmiqyaslı hökumət əleyhinə etirazlardan sonra ölkə prezidenti Aleksandr Vuçiç növbədənkənar parlament seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.
XALQ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, seçkilərin keçiriləcəyi dəqiq tarix hələ müəyyənləşdirilməyib.
Vuçiç bildirib ki, siyasi sabitliyin bərpası və gərginliyin azaldılması üçün ölkədə erkən seçkilər ən doğru addım olacaq.
Xatırladaq ki, noyabrın 1-də Novi Sad şəhərində təxminən 39 min nəfərin iştirakı ilə mitinq keçirilib. Aksiya ötən il şəhər dəmir yolu vağzalında baş verən faciənin ildönümünə həsr olunub – həmin hadisə zamanı tavanın uçması nəticəsində bir neçə nəfər həlak olmuşdu.
Bundan başqa, daha əvvəl 2025-ci ilin avqustunda Serbiyanın bir neçə şəhərində tələbə və müxalif qüvvələrin etiraz aksiyaları yenidən alovlanıb. Etirazçılar yolları bağlayıb, polislə toqquşmalar baş verib.










