Sosial şəbəkələrədə yayılan görüntülərdə hava limanı əməkdaşları sərnişindən fantastik qiymətlə baqaj ödənişi tələb edirlər.
XALQ.AZ məlumat verir ki, 26.08.2024-cü il tarixində Bakı hava limanında (Bakı- Moskva reysində) sərnişinin  2 çanta 62 kq olan  baqajı üçün  986 manat ödəniş tələb ediblər.  Həmçinin əl yükü 5 kq artıq olmasını bəhanə edib təkrarən  ödəniş tələb ediblər.  Heçdə ucuz olmayan aldığımız biletdə əl yükü 10 kq göstərildikdə çıxılmaz vəziyyətə düşdülər.  Daha sonra 62 kq əlavə baqaja görə  bizdən 586 manat pul aldılar. Bu rəsmən soyğunculuqdur. “AZAL”dan  imtina edirəm daha “AZAL” ın biletini almayacağam deyə sərnişin bildirib.
Qeyd edək ki, video çəkilişdən öncə 2 baqaja görə 1000 manat ödəniş tələb olunurdu.
 Məlumatı 24saat.az sosial hesabında yayıb

 

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinidən bildirildi ki, videoda əks olunan sərnişinlər “Utair” aviaşirkəti ilə uçuş həyata keçiriblər. Baqajın daşınması ilə bağlı şərtlər isə tamamilə “Utair” aviaşirkətinin qaydalarına əsaslanır.

 


media-728x90banner

Bənzər xəbərlər