media-901

“Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarına etdiyi xəbərdarlıqlar cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, sosial ədalət prinsiplərinin qorunmasına və qanunçuluğun təmin edilməsinə xidmət edir. Eyni zamanda, bu xəbərdarlıqlar mərkəzdə və bölgələrdə fəaliyyət göstərən digər məmurlara, eləcə də bütövlükdə ictimaiyyətə sərt mesajdır”.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev  açıqlamasında bildirib.

media-ness

O bildirib ki, hər kəs öz payını götürməli, işinə vicdanla yanaşmalı, təmsil etdiyi bölgənin insanlarının problemləri ilə ciddi məşğul olmalıdır: “Onların fəaliyyəti vətəndaş məmnunluğunu və insanların hakimiyyətə inamını formalaşdırır. Son zamanlar qanunları kobud şəkildə pozan, konstitusion vəzifəsini unutmuş, yalnız şəxsi maraqlarına xidmət edən rayon rəhbərləri və yüksək dövlət vəzifəsi tutmuş şəxslər olub. Onların barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib”.

Deputat vurğulayıb ki, Prezident əvvəllər də korrupsiya və rüşvətxorluqla bağlı xəbərdarlıqlar edir, tapşırıqlar verir:

“Bəziləri isə başını kola soxaraq iş adamlarını, idarə və müəssisə rəhbərlərini, bələdiyyə sədrlərini təzyiq altında saxlayır, müxtəlif vasitələrlə şantaj edirdilər. Düşünürdülər ki, heç kimin xəbəri yoxdur. Ən pisi odur ki, dövlət Başçısının dəfələrlə etdiyi xəbərdarlıqları görməzdən gəlmək, iqnor etmək tərbiyəsizlik və əxlaqsızlıqdır. Mən belə insanları xəstə, tamah xəstəliyi olan şəxslər kimi qiymətləndirirəm. Hər şeyin həddi-hüdudu olmalıdır”.

Nəsib Məhəməliyev əminliklə qeyd edib ki, Prezidentin sərt xəbərdarlıqları məmurlar tərəfindən lazımi nəticə çıxarılmasına səbəb olacaq və bu, kadr islahatları ilə dövlət idarəetmə sistemində müsbət dəyişikliklərə gətirib çıxaracaq: “Bir çox neqativ halların qarşısı alınacaq və idarəetmədə şəffaflıq daha da güclənəcək”.


media-728x90banner

Bənzər xəbərlər