Səsiniz hansı namizədə verdiniz-Seçicilərin cavabı.....
Məlum olduğu kimi bu gün 1 sentyabrda ölkəmizdə Milli Məclisin növbədənkənar seçkilər keçirilir . “Araşdırma Rəy” Mərkəzinin araşdırma qrupu 61 saylı Qusar seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirir.
XALQ.AZ -a mərkəzdən verilən məlumata görə 61 saylı Qusar seçki dairəsinin ərazisində keçirilən rəy sorgusuna əsasən
Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 56,4%-ni kişilər, 43,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 17,8%-i 18-29 yaş, 23,2%-i 30-39, 22,7%-i 40-49, 21,6%-i 50-59 yaş, 14,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 37%-i orta təhsilli, 11%-i orta ixtisas təhsilli, 23%-i natamam ali təhsilli və 29%-i ali təhsilli vətəndaşlardır.
Seçicilərin fəallığı müşahidə olunan məntəqələrdə 39% seçicilər Aslanova səs verdiklərini bildiriblər. Digər namizədlərə səs verənlər isə 28%, 7% və 3% təşkil edib, Səsvermədə 9% iştirak etmədiyini bildirib,digər rəyi soruşulan 14% isə cavab vermək istəmədəyini bildirib.
Seçicilərə arasında keçirilən sorğuda ehtiyatda olan polkovnik Rəşad Aslanov irəlidə olduğu qeyd olunur.
Əlavə məlumat veriləcək.