Səttar Möhbalıyev niyə yola salınır?
İyulun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin yığıncağı olub.
İclası AHİK sədri, VII çağırış növbədənkənar Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.
Gündəliyə Konfederasiyanın növbədənkənar qurultayının çağırılması, Məclisin tərkibində qismən dəyişiklik edilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər haqqında məsələlər daxil edildiyi bildirıir.
Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.
İclasda AHİK-in növbədənkənar qurultayının avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub. Məclisin tərkibində qismən dəyişiklik edilməsi barədə təklif təsdiqlənib.
Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər üzrə arayışın nəzərə alınması barədə qərar qəbul olunub.
Kuluarlarda gəzənn söhbətlərə görə, avqust ayının 26-da keçirilməsi nəzərdə tutulan qurultayında AHİK sədri Səttar Möhbalıyev istehfa verəcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 31 ildir “Həmkarlar haqqında” Azərbaycan Respublikası qanunun bir maddədinə də əməl etməyən sədri Səttar Möhbalıyev zəbt etdiyi vəzifədən tərk edəcək.
Məlumata görə pravda.az-ın xəbər verib ki, artıq S. Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər.
Sədrin istefası təsdiqlənsə, Nizamnaməsinə uyğun olaraq AHİK-in qurultayda yeni sədr seçiləcək.
2006-cı ildən AHİK-in katibi-maliyyə şöbəsinin müdiri Qalib Qəribovun fəaliyyətinin əsaslı yoxlanacağı da daxil olan məlumatlar sırasındadır. Onun sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu olduğu bildirilir.
Təşkilatın sözçüsü Rəşad Nəsirov isə deyib ki, bu barədə xəbərsizdir və məlumat həqiqətəuyğun deyil.
Qeyd edək ki, S. Mehbalıyev 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 6 dəfə deputat seçilib. O namizədliyini yenidən sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində irəli sürüb.
Həmin seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiman Babayevdir.
Hazırda Səttar Möhbalıyevin xeyli qohum-əqrabası müxtəlif dövlət sturuktarlarında vəzifə tuturlar. İddia edilir ki, AHİK sədri vəzifədən azad olunduqdan sonra həmin qohum-əqrabanın vəzifələrini itirəcəkləri və fayfada böyük yarpaq tökümü başlayacaq.Məsələn, cənab Prezidentin səbəbi dəqiq bilinməyən, amma cəmiyyətdə yayılan şayiəyə görə FETO-çularla gizli iş birliyində olduğu üçün vəzifədən azad etdiyi sabiq köməkçisi Əli Həsənovun kürəkəni, AHİK sədri S. Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev vaxtı ilə Bakının Yasamal və Qaradağ rayonlarında polis idarəsinin rəisi işləyib.










