Sevinc Fətəliyeva gənclərdən dəstək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd olan Sevinc Fətullayevanın seçicilərilə silsilə görüşləri davam edir.
XALQ.AZ xəbər verir ki, Sevinc Fətəliyeva Yeni Suraxanı seçiciləri və YAP Suraxanı rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşlər keçirib, fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.





















